Naxçıvanlı şahmatçı “Şəki Open" turnirində uğur qa...
19:40 27.06.2025
0
0
0
NAXÇIVAN :
27 Iyun 2025, Cümə
"Bu festivalda mətbuatımızın zəngin tarixinin əks olunması ilə yanaşı, bunun tratelizə bir formada təqdimatı çox xoş bir təəssürat yaratdı. Buna görə səlahiyyətli nümayəndəliyə və “Şərq qapısı” qəzetinə öz təşəkkürümü bildirirəm".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı – "MEDİAFEST-2025"də jurnalistlərə açıqlamasında “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.
O qeyd edib ki, Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar tədbirlərimizə Naxçıvanda start verildi: "Tədbir olduqca çox yüksək səviyyədə təşkil olunmuşdu. Digər tərəfdən, Naxçıvan hər zaman Azərbaycan mətbuatında, Azərbaycan ədəbiyyatında xüsusi bir rol oynayıb. Bu tədbirə məhz Naxçıvanda start verilməsi rəmzi məna daşıyır. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Aktual məsələlər barədə panel müzakirələr oldu. İstər Fuad müəllimin, istərsə də Əhməd İsmayılov, Rəşad Məcid və Kamran Həsənovun çıxışlarında biz dəyərli fikirlər dinlədik. Düşünürəm ki, növbəti illərdə Azərbaycan mətbuatının daha da inkişaf etməsi üçün yeni texniki vasitələri, çağırışları var. Azərbaycan mətbuatı özünü 44 günlük Vətən müharibəsi zamanı təsdiqlədi. Bütün mətbuatın fəaliyyəti göstərdi ki, biz istənilən anda istənilən düşmənlə mübarizə apararaq qalib çıxa bilərik. Gələcəkdə də biz bütün ərazilərimizdə, Qarabağda inkişaf yolumuzu, tikinti-quruculuq işlərini geniş işıqlandıracayıq və əlbəttə ki, bu nüansda Zəngəzur dəhlizindən də yan keçməməliyik. Zəngəzur dəhlizinin açılması və oradan Naxçıvan vasitəsilə yüklərin Azərbaycandan dünyaya, Avropaya çatdırılmasını biz görəcəyik. İlk olaraq düşünürəm ki, bunu işıqlandıran məhz Naxçıvan mətbuatı olacaq. Sizə də bu yolda uğurlar arzulayıram.
İnanıram ki, biz əl-ələ verib ölkəmizin rifahını və gələcək inkişafını dünyaya ən gözəl şəkildə təqdim edə biləcəyik".
Digər xəbərlər