NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Futzal üzrə Azərbaycan millisi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb

...

Futzal üzrə Azərbaycan millisi Danimarkaya qarşı keçirdiyi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb.
"Şərq qapısı" xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin heyətində Fərid Abbasov, Emil Həsənzadə, Ədalət Ələkbərov və təcrübəli qapıçı Rövşən Hüseynli fərqləniblər. Danimarka komandasının qollarını isə Mads Falk, Ruben Vinther vurublar.
Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan ilk yoldaşlıq oyununda Danimarka yığması 4:1 hesablı qələbə qazanmışdı.

Nəşr edilib : 24.01.2026 19:23