NAXÇIVAN :

04 Avqust 2026, Çərşənbə axşamı

Füzulidə açıq ərazidə yanğın baş verib

...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.

Nəşr edilib : 03.08.2026 23:27