Azərbaycan və Litva arasında siyasi məsləhətləşməl...
23:34 09.06.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur şəhərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Gənclik Festivalı – Şərur 2026” keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, daha sonra festivalın açılış mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi yad edilib.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Milli Qurtuluş Gününün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tarixindəki xidmətlərindən və ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıblar.
Fəal Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Rza Rzayev gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Festival bədii proqramla davam edib. Konsert proqramı, gimnastların çıxışları və "Şərur" yallısı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin gənclərin əl işləri, rəsm sərgiləri, teatr tamaşaları, STEAM, idman və hərbi-vətənpərvərlik zonaları nümayiş olunub. Festival gənclərin yaradıcılıq potensialının, bilik və bacarıqlarının təqdimatı ilə yadda qalıb.
Digər xəbərlər