NAXÇIVAN :

26 Iyul 2026, Bazar

Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, xəsarət alanlar var

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Qəza zamanı "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə "Chery" markalı avtomobil toqquşub və təcili tibbi yardım avtomobili aşıb. Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər avtomobildə olan sürücü xəsarət alıb.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 26.07.2026 03:06