NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması gələn il üçün əsas prioritetlərdən olacaq

...

Məqsədimiz 2026-cı ili yüksək iqtisadi artımın təmin edilməsi ilə yanaşı, 2025-ci ildən daha yaxşı etməkdir.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili gələn il üçün proqnozları açıqlayarkən deyib.
Onun sözlərinə görə, 2026-cı ildə əsas prioritet yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması və əhalinin rifahının artırılması olaraq qalır.
Bundan əlavə, region üçün ən vacib olan Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması, Anakliya dərinsulu limanının fəal tikinti mərhələsinə keçirilməsi də daxil olmaqla, bir sıra tarixi layihələrə başlayacaq və davam etdirəcəyik.
"Həmçinin ölkənin enerji sektorunun daha da inkişafına böyük diqqət yetirəcəyik. Çünki bu il sektorun canlandırılmasına yönəlmiş bir sıra vacib təşəbbüsləri həyata keçirmişik”, - deyə nazir bildirib.

Nəşr edilib : 31.12.2025 12:31