NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Gürcüstan hökuməti Türkiyə ilə sərhəddən Azərbaycan sərhədinədək dördzolaqlı magistral yol tikmək niyyətindədir

...

Gürcüstan hökuməti 2031-ci ilin sonunadək bütün magistral yolların tikintisini tamamlamağı düşünür. Bununla bağlı layihələr hazırlanıb və onlardan biri də Tbilisi dolama yolunun inşasıdır.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Hökumət başçısının sözlərinə görə, plana əsasən, 2030-cu ilədək Türkiyənin Sarpi sərhəd-keçid məntəqəsindən Qırmızı Körpüyə və Sadaxlıya qədər fasiləsiz, dördzolaqlı avtomobil yolu tikiləcək.
“Bizim aydın məqsədimiz var. Hədəfimiz 2031-ci ilin sonunadək bütün magistral yolların tikintisini tam başa çatdırmaqdır. Tbilisi dolama yolunun inşası da bu layihənin tərkib hissəsidir. Bu yol sərhədlər arasında əlaqənin asanlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Planımıza əsasən, 2030-cu ilədək Sarpidən Qırmızı Körpüyə və Sadaxlıya qədər fasiləsiz, dördzolaqlı avtomobil yolu inşa ediləcək. Bu magistral Tbilisidən də yan keçəcək və şəhərdə nəqliyyat yükünün azaldılması baxımından böyük əhəmiyyət daşıyır. Buna görə də bu investisiya mütləq həyata keçiriləcək”, – deyə İrakli Kobaxidze bildirib.

Nəşr edilib : 20.10.2026 18:46