NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

XİN Fransadakı iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

...

Fransada iğtişaşları, zorakılığı və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransaya səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
"Şərq qapısı" xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Fransaya səfərlə bağlı xəbərdarlığında əksini tapıb.
Məlumatda, həmçinin qeyd olunub: “Hazırda Fransada olan Azərbaycan vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.
Hər hansı bir fövqəladə vəziyyətlə bağlı vətəndaşlarımızın Azərbaycannın Fransadakı səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi
ÜNVAN: 78, avenue d'Iéna Paris 75116
E-poçt ünvanı
paris@mission.mfa.gov.az
office_paris@mission.mfa.gov.az
consul_paris@mission.mfa.gov.az
Əlaqə nömrəsi
+33 (0) 1 44 18 60 2
+33 (0) 1 44 18 60 23
Qaynar xətt: +33 (6) 74740398 (WhatsApp)”.

Nəşr edilib : 20.10.2026 18:50