Ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahan...
15:44 20.04.2026
0
0
0
Gürcüstanın tv12.ge portalında “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü... Unudulmaz faciə, silinməz xatirə” adlı məqalə dərc olunub.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycaın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə dərc edilən məqalədə 31 Mart soyqırımının səbəbləri və acı nəticələri barədə geniş məlumat verilib.
Məqalədə bu hadisələr zamanı on minlərlə azərbaycanlının həlak olduğu, minlərlə insanın yurd-yuvasından deportasiya edildiyi, məscidlərin, məktəblərin və digər mədəni irs obyektlərinin dağıdıldığı qeyd edilib.
Bildirilib ki, yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanla bu dəhşətli hadisələrə siyasi qiymət verilib və martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Vurğulanıb ki, Azərbaycan xalqı bu faciənin qurbanlarını heç vaxt unutmayacaq və onların xatirəsini həmişə ehtiramla yad edəcək.
Digər xəbərlər