Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:02 09.11.2026
0
0
0
Noyabrın 8-də Naxçıvan şəhərində, Heydər Əliyev Muzeyinin qarşısında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konsertdə dövlətçilik, Vətən sevgisi, milli birlik və Zəfər ruhunu əks etdirən musiqi və rəqs nömrələri təqdim olunub.
Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs qrupu, “Şərur” Xalq Yallı Ansamblı, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvləri, eləcə də regional mədəniyyət idarələrinin, uşaq musiqi və incəsənət məktəblərinin yaradıcı kollektivləri çıxış ediblər.
Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş möhtəşəm atəşfəşanlıq təşkil edilib.
Digər xəbərlər