Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Cənubi Qafqaz regionunda sabitliyin qorunması çox vacibdir. Son zamanlar regionumuzda inkişaf edən tendensiyalardan məmnunuq. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi çox vacibdir. Bütün bunlar regionumuzun möhkəmlənməsinə və inkişafına daha çox qayğı göstərməyimiz üçün çox yaxşı əsas yaradır.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Ermənistan Baş nazirlərinin həmsədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Tbilisidə keçirilən iclasında söyləyib.
İrakli Kobaxidze regionda strateji tərəfdaşlığı, artan əməkdaşlığı və sabitliyin vacibliyini xüsusi vurğulayıb.
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın 15-ci iclasında müxtəlif sektorlarda tərəfdaşlığın dərinləşdirilməsinin müsbət dinamikası və perspektivləri müzakirə olunub.
Digər xəbərlər