Azərbaycan Güləş Federasiyasının Etika və İntizam ...
23:54 13.05.2026
0
0
0
Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi davam edir.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev sərgi çərçivəsində Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün ilə görüşüb.
Görüş barədə açıqlama verən Görgün Türkiyənin və Azərbaycanın “Bir millət, iki dövlət” anlayışı ilə müdafiə sənayesi sahəsində bənzərsiz əməkdaşlıq modeli qurduğunu bildirib.
O, deyib: “Qarşıdakı dövrdə həyata keçiriləcək yeni ortaq layihələrlə iki ölkə arasındakı qardaşlıq bağları daha da möhkəmlənəcək. Azərbaycan ilə davam edən əməkdaşlığımız regional sülhün təmin olunmasına, həmçinin ortaq rifaha və əmin-amanlığına xidmət edir”.
Digər xəbərlər