NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Haxverdi Həsənov ölkə çempionatının mükafatçısı olub

...

Bakı şəhərində boks üzrə gənclər (U19) arasında  Azərbaycan çempionatı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata əsasən 9-15 fevral tarixlərini əhatə edən yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 60 komandanın 276 boksçusu qatılıb. 
Naxçıvan Muxtar Respublikasını çempionatda baş məşqçi Elnur Kərimli, köməkçi məşqçi Seymur Hüseynov və 7 idmançı təmsil edib. 
Komandanın idmançılarından Haxverdi Həsənov 65 kq çəki dərəcəsində mükafatçılar sırasına düşüb. Keçirdiyi 5 görüşdən 3-də qələbə qazanan boksçu bürünc medala layiq görülüb. İdmançı, həmçinin gənclərdən ibarət milli komandanın heyətinə daxil edilib.

Nəşr edilib : 16.02.2026 13:18