NAXÇIVAN :

09 Iyun 2025, Bazar ertəsi

Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb

...

İyunun 7-də və 8-də polis əməkdaşları növbəti əməliyyat tədbirləri həyata keçirib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 qumbara, 1 qumbaraatan, 2 alışdırıcı, 4 tüfəng, 12 patron darağı və 2176 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Nəşr edilib : 09.06.2025 12:40