Parağaçaydan – Zəngəzurun ətəyindən salam!...
20:21 28.06.2025
0
0
0
NAXÇIVAN :
28 Iyun 2025, Şənbə
İyunun 28-də Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb fakültəsinin növbəti buraxılış mərasimi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Hərbi İnstitutda keçirilən buraxılış mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin digər rəhbər heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Hərbi İnstitutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub, qarşısına qızılgüllər düzülərək, xatirələri dərin hörmətlə yad edilib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı təntənəli surətdə döyüş meydanına gətirilib.
Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov bildirib ki, Ulu Öndərin layiqli davamçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində müasir Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla bölgədə sülhün və əmin-amanlığın qarantına çevrilib. Ordu quruculuğunun əsas istiqamətlərindən biri olan hərbi təhsil sahəsində aparılan uğurlu islahatlar artıq öz bəhrəsini verir.
"Azərbaycan Ordusunun peşəkar hərbi kadrlarla təmin olunmasında Hərbi İnstitutun rolu əhəmiyyətli və danılmazdır. İnstitutun məzunları Birinci və İkinci Qarabağ müharibələrində, eləcə antiterror və digər əməliyyatlarda fəal iştirak edib, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası naminə göstərdikləri qəhrəmanlıq və şücaətlərə görə yüksək dövlət təltiflərinə layiq görülüblər. Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı döyüş əməliyyatları nəhayət 2023-cü ildə keçirilən antiterror əməliyyatı hərbi qulluqçuların peşəkarlığını, şəxsi heyətin Qələbə əzminin yüksək olduğunu göstərdi. Təntənəli mərasimdə bütün şəhidlərimizi, o cümlədən Hərbi İnstitutun şəhid və kursantlarını dərin ehtiramla yad edir, döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçulara Allahdan şəfa diləyirəm", - deyə nazir qeyd edib.
General-polkovnik Zakir Həsənov mərasim iştirakçılarını təbrik edib, onlara xalqımıza, dövlətimizə, qalib ordumuza və Ali Baş Komandanımıza layiqli zabit olmağı arzulayıb.
Gənc zabitlər də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər.
General-polkovnik Zakir Həsənov hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib.
Sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Yaş kötüyünə simvollar vurulub. Heydər Əliyev adına Hərbi İnstitutun məzunlarına diplomlar təqdim olunub.
Kursantlar hərbi orkestrin müşayiəti ilə Hərbi İnstitutun marşını ifa ediblər.
Təntənəli mərasimin sonunda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Zabitlər Qalib Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyurlar
Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsinin aerokosmik mühəndislik silsiləsinin mühəndis kafedrasının məzunu olan leytenant Əlövsət Cavadzadə AZƏRTAC-a müsahibəsində öz təəssüratlarını bölüşüb: "İlk növbədə bütün zabit yoldaşlarımı təbrik edirəm. Biz artıq qalib Ordunun zabitiyik. Dörd il ərzində çəkdiyimiz əziyyətin bəhrəsini gördük, bizimlə çiyin-çiyinə bu illəri keçirən valideynlərimizi də sevindirdik. Sevincimin həddi -hüdudu yoxdur. Qürur duyuram ki, Azərbaycan ordusunda xidmət edirəm və bu cür əzmkar xalqın nümayəndəsiyəm. Bundan sonra da xidmətimi həmin ixtisas üzrə davam etdirəcəyəm. Komandanlıq tərəfindən göstəriş verilərsə, azad olunmuş ərazilərdə sevə-sevə xidmət etməyə hazıram".
Zabitin qürurlu gününə şahidlik etməyə Ucardan gələn babası Əlisa Əzizov nəvəsinin Heydər Əliyev adına Hərbi İnstitutun məzunu kimi hərbi təhsilini başa vurması ilə fəxr hissləri keçirdiyini bildirib: "Nəvəmin timsalında bütün məzunlara uğurlar arzulayıram. Burada zabitlər üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdaram. Sevinirəm ki, nəvəm Hərbi İnstitutun məzunu kimi həyatda öz yolunu tutacaq. O, Qalib Azərbaycan ordusunun bir mənsubudur. Əlövsətlə fəxr edirəm".
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunu, leytenant İbrahim Zeynallı isə altı il ərzində həm tibbi, həm də hərbi cəhətdən çox dərin bilik və bacarıqlara yiyələndiklərini vurğulayıb. "Öyrəndiklərimizlə kifayətlənməyəcək, Vətənə, xalqa layiqli xidmət üçün bundan sonra da təcrübələrimizi artırmağa davam edəcəyik. Azərbaycan Respublikasına xidmət etməkdən qürur duyuram".
Digər xəbərlər