Azərbaycan Güləş Federasiyasının Etika və İntizam ...
23:54 13.05.2026
0
0
0
Bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi: dövlətçilik və cəmiyyətin inkişafı” mövzusunda konfrans keçirilib.
“Şərq qapısı” xəbər verir ki, konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Heydər Əliyev və ailə, qadın, uşaq ideologiyası” mövzusunda çıxış edib. Komitə sədri qeyd edib ki, təməl prinsipləri Ulu Öndər tərəfindən qoyulan bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də məqsədyönlü və uğurlu şəkildə davam etdirilir.
Tədbirdə YAP Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva “Heydər Əliyev siyasəti və Yeni Azərbaycan Partiyasında qadınların təmsilçiliyi", Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova “Milli inkişaf strategiyasının əsasında duran Heydər Əliyev ideyaları”, komitədə istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin IV kurs tələbəsi Hüsniyyə Cəbrayılova “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi ” mövzusunda çıxış ediblər.
Bildirilib ki, müasir Azərbaycan tarixinin əsas inkişaf və yüksəliş mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılıb. Ulu Öndər Heydər Əliyevin həyatının mənası Azərbaycanın inkişafı və tərəqqisi olub.
Sonda Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi və mədəni irsini əks etdirən videoçarx nümayiş olunub, Naxçıvan şəhər 7 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında şeirlər səsləndirilib.
Digər xəbərlər