NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə proyeksiya olunub

...

Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə bu ölkənin bayrağı ilə proyeksiya olunub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
"Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir", - paylaşımda qeyd olunub.

Nəşr edilib : 29.10.2025 21:59