NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

Hikmət Hacıyev: Sülh sazişi tək kağız üzərində olmamalıdır

...

Sülh sazişi imzalana bilər, amma bu tək kağız üzərində olmamalıdır.

"Şərq qapısı"nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

Onun sözlərinə görə, saziş insanların həyatına mütləq töhfə verməlidir.

"Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüslə çıxış edir. Düşünün, Azərbaycanın 30 il ərzində mədəni-tarixi abidələri dağıntılar altında qalıb, insanları köçkün düşüb. Bütün bunların fonunda Prezident İlham Əliyev münaqişədən sonra da sülh təşəbbüsü ilə çıxış edib".

Nəşr edilib : 26.10.2026 15:16