Hikmət Hacıyev: Dezinformasiya və təşviqat kampani...
16:13 26.10.2026
0
0
0
Son günlərdə bəzi media resurslarında və sosial şəbəkə hesablarında Naxçıvan Muxtar Respublikasında duz ehtiyatlarının tükəndiyi, qayaların üyüdülərək satıldığı, istehsal olunan duzun tərkibinə qara naməlum maddələr qatıldığı, duzun suya əlavə edildikdə palçığabənzər hala düşdüyü, istehlakçıların bu duzu almaqdan imtina etdiyi barədə iddialar səsləndirilir.
Bununla bağlı “Naxçıvan Duz İstehsalı” MMC-dən "Şərq qapısı"na bildirilib ki, qeyd edilən iddialar heç bir rəsmi mənbəyə əsaslanmayan, həqiqəti əks etdirməyən, heç bir əsası olmayan dezinformasiya xarakterli məlumatlardır.
Naxçıvan Muxtar Respublikasında yeganə duz istehsalçısı olan “Naxçıvan Duz İstehsalı” MMC tərəfindən hazırda şaxta üsulu ilə çıxarılan daşduzdan I və II növ qida duzu istehsal edilir. Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəssisədə istehsal olunan duz məhsullarından mütəmadi olaraq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib və müayinə nəticələrinə əsasən məhsullarda heç bir uyğunsuzluq aşkar edilməyib.
Bununla yanaşı qeyd olunub ki, muxtar respublikada yerləşən duz yataqları uzun müddət istismarı təmin edəcək kifayət qədər ehtiyata malikdir və istehsal olunan Naxçıvan duzuna bazarda istehlakçılar tərəfindən tələbat yüksəkdir.
Digər xəbərlər