NAXÇIVAN :

02 Avqust 2026, Bazar

“Hürriyet”: “Qardaşlaşmış Qarabağ məktəbləri” düşərgəsi ünsiyyət və təmas qurmaq imkanıdır

...

Fransada təşkil edilən VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi Azərbaycanın şəhid ailələrindən olan uşaqlara və Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi” şagirdlərinə daha yaxın ünsiyyət və təmas qurmaq imkanı verib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin aparıcı qəzetlərindən biri olan “Hürriyet”in avqustun 2-də dərc etdiyi məqalədə deyilir.
Məqalənin müəllifi Samir Aslan Fransanın Almaniya və İsveçrə ilə sərhədində yerləşən Kolmar şəhərindəki meşəlik ərazidə təşkil edilən Yay Düşərgəsinin əhəmiyyətindən bəhs edir.
Müəllif qeyd edir ki, Yay Düşərgəsinin proqramına Strasburq və Kolmar şəhərlərinə ekskursiyalar, həmçinin bilikləri artırmaq və komanda ruhunu gücləndirmək üçün mədəniyyət, idman və vətənpərvərlik mövzularında maarifləndirici panellər, intellektual oyunlar, tematik görüşlər daxil edilib.
Proqramı uğurla başa vuran məktəblilərə sertifikatlar təqdim olunub.

Nəşr edilib : 02.08.2026 21:52