Qeyri-neft sənayesində yeni mərhələ: dağ-mədən və ...
15:50 24.09.2026
0
0
0
Naxçıvanda keçirilən “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026” müxtəlif ölkələrdən gələn mütəxəssislərin təcrübə və elmi nailiyyətlərini bölüşməsi üçün geniş imkan yaradıb. Tədbirdə iştirak edən Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin sədri Çingiz Rəhimov beynəlxalq tədbirin elmi mühit baxımından əhəmiyyətini vurğulayıb: “Hər bir tədbirin özünəməxsus xüsusiyyətləri var. Bu tədbirin əsas xüsusiyyətlərindən biri beynəlxalq səviyyədə keçirilməsidir. Buraya müxtəlif ölkələrdən qatılan mütəxəssislər və alimlər öz elmi nailiyyətlərini təqdim edir, fikir mübadiləsi aparırlar. Burada çox yüksək elmi mühitin olduğunu görürük”.
O, Naxçıvan Dövlət Universitetinin belə bir tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirib: “Naxçıvan Dövlət Universitetinin belə bir tədbiri təşkil etməsi həm elm, həm də tibb sahəsində mühüm əhəmiyyət daşıyır. Biz də böyük məmnuniyyətlə bu tədbirə qoşuluruq. Düşünürəm ki, gələcəkdə də müxtəlif dövlət və universitetlərin təşkil etdiyi bu cür tədbirlərdə böyük məmnuniyyətlə iştirak etməli, yeni nailiyyətlərimizi bölüşməli və müzakirə etməliyik”.
Digər xəbərlər