NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

"İki sahil" qəzeti 35 yaşını qeyd edir

...

"İki sahil" qəzetinin 35 yaşı tamam olub.

"Şərq qapısı" xəbər verir ki, mətbu orqan 1991-ci ildə işıq üzü görüb.

Müasir dövlət quruculuğu prosesləri, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Azərbaycan mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləri qəzetdə əks etdirilir.

Bu gün, eyni zamanda, mətbu orqanın "ikisahil.az" internet saytı, "İki sahil TV" internet televiziyası fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun olaraq yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilində və onun hüdudlarından kənarda baş verən hadisələr operativ şəkildə oxuculara, izləyicilərə çatdırılır.

"Şərq qapısı" qəzetinin kollektivi adından "İki sahil"də çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Nəşr edilib : 09.07.2026 12:16