NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

İndiyə qədər 7 mindən çox şəxs kolleclərə qəbul üzrə ixtisas seçimində iştirak edib

...

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 9 avqust saat 23:59-dək davam edəcək.

Bu barədə  DİM-dən məlumat verilib.

7 avqust saat 09:45-ə olan məlumata əsasən 7437 abituriyent (Azərbaycan bölməsi - 7084; rus bölməsi - 353) artıq ərizəsini təsdiq edib.

Nəşr edilib : 07.08.2026 10:08