NAXÇIVAN :

13 Sentyabr 2026, Bazar

İndoneziyada göyərtəsində 243 nəfərin olduğu gəmi

...

İndoneziyada fırtına zamanı Yava dənizində üzən “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsilib. Gəmidə 243 nəfər olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.

Əməliyyat koordinatoru Putu Sudayana bildirib ki, gəmi ən son Banjarmasindəki “SAR Basirih” körpüsündən təxminən 80 dəniz mili məsafədə olub.

Ekipajla əlaqə yerli vaxtla təxminən saat 2:00 radələrində hava şəraiti kəskin pisləşdikdən sonra kəsilib.

Dəniz qüvvələri, su polisi, liman və naviqasiya xidmətləri axtarış işlərinə cəlb edilib.

Nəşr edilib : 13.09.2026 09:00