Sertifikatlaşdırma nəticəsində təqribən 90 min müə...
15:41 14.09.2026
0
0
0
NAXÇIVAN :
14 Sentyabr 2026, Bazar ertəsi
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun ilkin nəticələri açıqlanıb.
Universitetdən bildirilib ki, yeni tədris ili üçün kollecə ümumilikdə 668 qəbul yeri ayrılıb. Onlardan 240 yer ümumi orta təhsil bazası (9 illik), 428 yer isə tam orta təhsil bazası (11 illik) üzrə nəzərdə tutulub.
Ümumi orta təhsil bazası üzrə qəbul prosesi artıq başa çatıb. Ayrılmış 240 yerdən 212-si tutulub, 28 yer boş qalıb. Beləliklə, bu istiqamət üzrə qəbul planı 88,3 faiz yerinə yetirilib.
Tam orta təhsil bazası üzrə ayrılmış 428 yerə qəbul və qeydiyyat prosesi isə davam edir. Ötən tədris ili ilə müqayisədə kollecin ümumi qəbul planında artım qeydə alınıb. 2025/2026-cı tədris ilində 660 olan qəbul yerlərinin sayı cari ildə 668-ə yüksəlib. Eyni zamanda, qəbul yerlərinin təhsil bazaları üzrə bölgüsündə dəyişiklik edilib: 9 illik təhsil bazası üzrə plan 340-dan 240-a endirilib, 11 illik təhsil bazası üzrə isə 398-dən 428-ə artırılıb. Müqayisə üçün bildirək ki, 2025/2026-cı tədris ilində 9 illik təhsil bazası üzrə ayrılmış 340 yerdən 299-u tutulmuş, 41 yer boş qalmışdı. Cari ildə isə boş yerlərin sayı 28-ə enib. Ötən il 11 illik təhsil bazası üzrə ayrılmış 398 yerdən 352-si tutulmuşdu.
2026/2027-ci tədris ili üzrə qəbul zamanı Kolle№№cin müxtəlif ixtisaslarına yüksək maraq müşahidə olunur. Dizayn, eləcə də bina və qurğuların tikintisi və istismarı abituriyentlərin daha çox maraq göstərdiyi istiqamətlər sırasında yer alır.
Qəbul planında 11 illik təhsil bazası üzrə yerlərin sayının artırılması tam orta təhsilini başa vuran şəxslərin İnşaat Kollecində ixtisasyönümlü təhsil almaq imkanlarının genişləndirilməsinə xidmət edir.
Qeyd edək ki, qəbulun yekun göstəriciləri tam orta təhsil bazası üzrə qeydiyyat prosesi başa çatdıqdan sonra məlum olacaq.
Digər xəbərlər