NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

İran XİN-in başçısı: İkitərəfli və üçtərəfli görüşlər regionda sülh və sabitliyin gücləndirilməsi üçün faydalı olacaq

...

İkitərəfli və üçtərəfli görüşlər regionda sülh və sabitliyin gücləndirilməsi üçün faydalı olacaq. Azərbaycanda bizə göstərilən çox gözəl qonaqpərvərlik üçün minnətdarıq.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən brifinqdə deyib.

“Biz Azərbaycanla bütün sahələrdə əlaqələri gücləndirmək və daha da irəli aparmaq istəyirik. İranda da fikir bu istiqamətdə qətiyyətlə formalaşıb və gələcəkdə əlaqələrin inkişafına çalışılacaq. Heç bir tərəf bizim əlaqələrimizə zərbə vurulmasına icazə verməməlidir”, - deyə o əlavə edib.

Nəşr edilib : 08.12.2025 14:06