NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

İsveç və Azərbaycan Bakıda ikitərəfli siyasi məsləhətləşmələr keçirib

...

Bu həftə İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Tobias Tyhberg öz həmkarı Məmməd Talıbov, eləcə də xarici işlər nazirinin müavini Fariz Rzayev, Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə səmərəli görüşlər keçirib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə İsveç səfirliyindən bildirilib.

Qeyd edilib ki, müzakirələr ikitərəfli məsələləri, Ermənistanla sülh və normallaşma prosesini, həmçinin qarşılıqlı maraq doğuran digər regional inkişaf məsələləri əhatə edib.

"Səfər çərçivəsində Thyberg həmçinin beyin mərkəzlərinin, vətəndaş cəmiyyətinin və Azərbaycanda fəaliyyət göstərən İsveç şirkətlərinin nümayəndələri ilə də faydalı fikir mübadiləsi aparıb", - məlumatda vurğulanıb.

Nəşr edilib : 29.01.2026 09:40