NAXÇIVAN :

08 Mart 2026, Bazar

IX siniflər üçün tədris ilinin ikinci buraxılış qiymətləndirmə monitorinqi keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yanvarın 25-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə  lX siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.
Monitorinqdə 4 minə yaxın şagird iştirak edib. 
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub. 
Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərimiz tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.

Nəşr edilib : 25.01.2026 15:17