NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Kamal Cəfərov: Şərurda 450 hektar kartof və soğan əkini ərazisində müasir suvarma sistemləri tətbiq olunub

...

"Şərur rayon üzrə, ümumilikdə, 81 518 hektar torpaq sahəsi mövcuddur ki, ondan 38 033 hektarı dövlət, 30 013 hektarı bələdiyyə, 13 472 hektarı isə xüsusi mülkiyyətə aiddir. Ümumilikdə, torpaq fondunun 15 725 hektarı əkinəyararlı torpaq sahələridir". 
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Şərurda  “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov deyib.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 2026-cı ildə rayonda qəti əkin, ümumilikdə, 11 243,9 hektar (həyətyanı əkin sahələri daxil olmaqla) sahəni əhatə etmişdir ki, bunun da 2635,9 hektarı payızlıq taxıl, 3257,8 hektarı yazlıq əkinlər, 5350,2 hektarı isə əvvəlki illərin yem bitkiləri təşkil etmişdir. Aparılan yazlıq əkinlərin 863,9 hektarını tərəvəz, 746,4 hektarını kartof, 700,2 hektarını təzə yonca, 582,7 hektarını qarğıdalı, 128,7 hektarını yazlıq arpa, 114,9 hektarını soğan, 95,5 hektarını bostan, 25,5 hektarını isə digər əkinlər təşkil etmişdir. 
"Əlavə olaraq qeyd etmək lazımdır ki, cari ildə, ümumilikdə, 861 hektar sahədə əkini aparılan kartof və soğanın 450 hektarında müasir suvarma sistemləri tətbiq olunub. Əkin sahələrindən götürülən məhsuldarlıq göstəricilərinin həcminə nəzər salsaq, 2025-ci ildə sahələrdən 8467,8 ton və ya hər hektara 34,3 sentner dənli və dənli-paxlalıların, 6318,7 ton və ya hər hektara 85,4 sentner dən üçün qarğıdalının, 18 594,3 ton və ya hər hektara 182,7 sentner tərəvəz məhsullarının, 17 825,8 ton və ya hər hektara 302,5 sentner kartofun, 892 ton və ya hər hektara 124,4 sentner bostan məhsullarının yığılması qeydə alınmışdır. Əlavə olaraq ötən il rayon üzrə 15 716,2 ton meyvə və giləmeyvə məhsulları və 516 ton isə üzüm yığılıb", – deyə Kamal Cəfərov əlavə edib.

Nəşr edilib : 22.06.2026 13:24