NAXÇIVAN :

16 Noyabr 2026, Bazar ertəsi

Karate üzrə Naxçıvan birinciliyi və çempionatı keçirilib

...

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində uşaqlar, yeniyetmələr və gənclər arasında karate idman növü üzrə muxtar respublika birinciliyi və çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyası (AKF) və federasiyanın Naxçıvan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda, ümumilikdə, 105 idmançı iştirak edib. İştirakçılardan 75-i oğlan, 30-u isə qız idmançı olub.
Yarışın açılış mərasimində nazirliyin şöbə müdiri Taleh İbrahimov, AKF-nin komitə rəhbəri Hidayət Şabanov və AKF-nin Naxçıvan üzrə nümayəndəsi Nəriman Quliyev çıxış edərək yarışın məqsəd və əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu cür yarışlar yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmançıların yarış təcrübəsinin artırılması, perspektivli karateçilərin üzə çıxarılması və gələcək yarışlara hazırlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müxtəlif yaş və çəki dərəcələri üzrə keçirilən kumite yarışlarında fərqlənən idmançılar diplom, medal və hədiyyələrlə təltif olunublar.
Görüşlərin idarəçiliyində federasiyanın hakimləri də iştirak ediblər.

Nəşr edilib : 15.11.2026 19:03