NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Kənd təsərrüfatı naziri: Muxtar respublikanın taxıl istehsalında ölkə üzrə payı 1,3 faiz olub

...

"2025-ci ildə meyvə və giləmeyvə bağlarının sahəsi 5,7 min hektar olmuşdur. Bu, ölkə üzrə meyvə və giləmeyvə bağlarının ümumi sahəsinin 2,4 faizinə bərabərdir. NMR-də 44,6 min ton dənli və dənli-paxlalı bitki məhsulu istehsal edilmişdir. Bunun 43,7 faizini arpa – 19,5 min ton, 40,7 faizini buğda – 18,1 min ton, 14,9 faizini dən üçün qarğıdalı – 6,7 min ton, 0,7 faizini isə digər dənli və dənli-paxlalı məhsullar təşkil etmişdir. Muxtar respublikanın taxıl istehsalında ölkə üzrə payı 1,3 faiz olmuşdur".

"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, eyni dövrdə 32,3 min ton meyvə və giləmeyvə, 21,1 min ton kartof və 27,1 min ton tərəvəz istehsal edilib. Bu göstəricilər ölkə üzrə müvafiq istehsalın meyvə və giləmeyvə üzrə 2,3 faizini, kartof üzrə 2,3 faizini, tərəvəz üzrə isə 1,5 faizini təşkil edib.

"2026-cı il yanvarın 1-i vəziyyətinə NMR-də 56,6 min baş iribuynuzlu mal-qara və 353,3 min baş qoyun-keçi mövcud olmuşdur. Onların ölkə üzrə müvafiq göstəricilərdə payı 2,3 faiz və 5,2 faiz təşkil etmişdir. 2025-ci ildə muxtar respublikada 21,2 min ton diri çəkidə ət və 60,7 min ton süd istehsal olunmuşdur. Ət istehsalı üzrə muxtar respublikanın ölkə üzrə payı 3,2 faiz, süd istehsalı üzrə payı isə 2,6 faiz olub", – deyə Məcnun Məmmədov əlavə edib.

Nəşr edilib : 22.06.2026 11:45