NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Kənd təsərrüfatı naziri: Transformasiya fermeryönümlü və inklüziv olmalıdır

...

COP31-ə doğru irəlilədiyimiz bir dövrdə hökumətlər, FAO və digər beynəlxalq təşkilatlar, inkişaf və maliyyə institutları, elmi-tədqiqat dairələri və özəl sektor arasında əməkdaşlığı daha da gücləndirməliyik. Biz yalnız texnologiyaya deyil, eyni zamanda, məlumat infrastrukturuna, insan kapitalına, institusional potensiala və rəqəmsal bacarıqlara sərmayə qoymalıyıq.

"Şərq qapısı" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Fəaliyyətdə Harmoniya:İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" adlı yüksəksəviyyəli dəyirmi masada çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, bu transformasiya fermeryönümlü və inklüziv olmalıdır. Kiçik fermer də iri kənd təsərrüfatı müəssisəsi qədər rəqəmsal transformasiyanın yaratdığı imkanlardan faydalana bilməlidir: "Müzakirə etdiyimiz transformasiya yalnız texnoloji dəyişiklikdən ibarət deyil. Düzgün məhsul istehsalı, resursların idarə edilməsi, risklərin qabaqcadan müəyyənləşdirilməsi və fermerlərə düzgün və vaxtında dəstəyin göstərilməsi ən vacib məsələlərdəndir. Bizim məsuliyyətimiz innovasiyanın dayanıqlılığa, məlumatın daha düzgün qərarların qəbuluna, texnologiyanın isə nəticə etibarilə insanlara xidmət etməsini təmin etməkdir", - deyə M.Məmmədov qeyd edib.

Nəşr edilib : 08.09.2026 11:14