Ərdoğan: Azərbaycan xalqına bir daha təşəkkürümü b...
22:52 30.06.2025
0
0
0
30 iyun 2025-ci il tarixdə “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac (auksion) təşkil olunub.
Hərraca Kəngərli rayonu ərazisində yerləşən “Çalxanqala IV” əhəng xammalı yatağı çıxarılıb. Ümumi sahəsi 2,2 hektar, ehtiyat həcmi isə 943 500 kubmetr olan yatağın auksion üçün başlanğıc qiyməti 94 350 manat müəyyən edilib. Hərracın nəticəsinə əsasən yataq 104 000 manat məbləğində yekun qiymətlə satılıb.
Hərracın qalibi olan şirkətə yataqda mövcud olan əhəng xammalının 5 il müddətinə istifadəsi hüququ veriləcək. Bununla bağlı zəruri hüquqi və texniki prosedurlara artıq başlanılıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq təşkil edilib.
Digər xəbərlər