Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətir...
13:58 01.11.2026
0
0
0
Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 22-də Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair, professor Zahid Xəlilin oxucularla görüşü və “Şən uşaqlar diyarı” kitabının təqdimatı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə ədəbiyyatsevərlər, kitab sərgisinin iştirakçıları və müəllifin yaradıcılığına maraq göstərən oxucular iştirak ediblər.
“Libra Kitab” nəşriyyatının baş redaktoru İmanyar Quliyev çıxışında Zahid Xəlilin Azərbaycan uşaq ədəbiyyatının inkişafına verdiyi töhfələrdən, zəngin yaradıcılığından, eləcə də əsərlərinin balacaların mənəvi dünyasının, təxəyyülünün və dünyagörüşünün formalaşmasındakı rolundan danışıb. O, belə görüşlərin müəlliflə oxucu arasında canlı ünsiyyətin qurulması, uşaqlarda mütaliəyə marağın artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra yazıçı Zahid Xəlil çıxış edərək yaradıcılıq yolu, uşaq ədəbiyyatının incəlikləri və ədəbi əsərlərin gənc nəslin mənəvi inkişafındakı yerinə dair fikirlərini bölüşüb. Müəllif uşaqların kitaba cəlb edilməsinin, onların yaş xüsusiyyətlərinə və maraqlarına uyğun əsərlərlə tanış olmasının vacibliyini diqqətə çatdırıb.
Təqdim olunan “Şən uşaqlar diyarı” kitabı ətrafında aparılan müzakirələrdə müəllifin yaradıcılıq yanaşması, uşaq dünyasına baxışı və əsər vasitəsilə çatdırılan əsas ideyalar nəzərdən keçirilib.
Görüşün sonunda Zahid Xəlil oxucuların suallarını cavablandırıb. Tədbir iştirakçıları sevimli yazıçı ilə birbaşa ünsiyyət qurmaq və onun yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.
Digər xəbərlər