NAXÇIVAN :

20 Noyabr 2026, Cümə

Kolleclərə qəbul olunanların 74 faizi tam orta təhsilini bitirənlərdir

...

2026-2027-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların 74 faizini tam orta təhsil bazasından daxil olanlar təşkil edib.

"Şərq qapısı" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələrinin müzakirəsinə həsr olunan tədbirdə bildirib.

Qeyd olunub ki, tam orta təhsil bazası üzrə 16 min 413 nəfər qəbul olunub. Bu göstərici üzrə qəbul planının yerinə yetirilməsi 86 faiz təşkil edib.

Ümumi orta təhsil bazası üzrə isə 5658 nəfər qəbul olunub. Qəbul göstəricisi 91 faiz, ümumi qəbulda payı 26 faiz olub.

Bundan əlavə, 2026-2027-ci tədris ilində müxtəlif təhsil səviyyələrindən ümumilikdə 166 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul edilib. Onlardan 43-ü ali təhsil müəssisələrinin, 68-i orta ixtisas təhsili müəssisələrinin, 55-i isə peşə təhsili müəssisələrinin məzunlarıdır.

Ali və orta ixtisas təhsili müəssisələrinin məzunlarının ən çox qəbul olunduğu ixtisas tibb bacısı (qardaşı) işi olub.

Nəşr edilib : 20.11.2026 17:06