NAXÇIVAN :

20 Noyabr 2026, Cümə

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

...

Azərbaycan ilə Ermənistan arasında möhkəm sülh bütün Cənubi Qafqazda sabitlik və tərəqqinin əsas şərtlərindən biridir.

"Şərq qapısı" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dublində keçirilən görüşü şərh edərkən bildirib.

“Əlbəttə, biz Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsini alqışlayırıq və dəstəkləyirik”, - deyə o qeyd edib. Zaxarovanın sözlərinə görə, iki ölkənin qonşuları - Rusiya, İran və Türkiyə də onların arasında möhkəm sülhün bərqərar olmasında maraqlıdır.

Diplomat vurğulayıb ki, hazırda Bakı və İrəvan birbaşa danışıqlara üstünlük verir. Moskva onların seçiminə hörmətlə yanaşır və tərəflər zəruri hesab edərsə, kömək etməyə hazırdır.

Nəşr edilib : 20.11.2026 17:24