Qədim Ordubad İCESCO-nun İslam Dünyası İrsinin İlk...
22:07 12.02.2026
0
0
1
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” devizi altında təmizlik aksiyası keçirilib. Aksiya Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Naxçıvan şəhərindəki Sahil Parkının kənarında, Naxçıvançayın vadisi ətrafında keçirilib.
Aksiyada iştirak edən nazirliyin və tabeli qurumların əməkdaşları, eyni zamanda ekokönüllülər zəruri sanitar ləvazimatlarla təmin olunaraq ərazidə mövcud olan məişət tullantılarını toplayıblar.
Qeyd edək ki, bu cür aksiyaların keçirilməsi ekoloji tarazlığın qorunması və cəmiyyətin ekoloji məsuliyyətinin artırılması məqsədi daşıyır.
Digər xəbərlər