NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Külli miqdarda psixotrop maddə – metamfetamin aşkar edilib

...

Dövlət Gömrük Komitəsində aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı xüsusilə külli miqdarda psixotrop maddə –metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"Şərq qapısı" xəbər verir ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə “alkoqolsuz içkilər” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı iki paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablarda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817, 183 qram xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkar edilib.

Nəşr edilib : 22.07.2026 11:55