Quşçuluq sektorunda istehsalın artırılması və təsə...
18:00 29.11.2026
0
0
1
Milli Hidrometeorologiya Xidməti gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
"Şərq qapısı" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı ilə bağlı xatırlatma edilib.
Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Həmçinin bildirilib ki, yağıntılarla əlaqədar çaylarda sululuq artacaq, bəzi dağ çaylarından qısamüddətli sel keçəcək, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
Digər xəbərlər