NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Lukaşenko: Belarus Putin və Zelenski arasında danışıqların təşkilatçısı olmağa can atmır

...

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə hər hansı yolla Ukrayna ilə bağlı danışıqları təşkil etməyə can atmadığını bildirib.

"Şərq qapısı" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus lideri jurnalistlərə açıqlamasında deyib.

"Lakin tərəflər bu barədə razılığa gəlsələr və danışıqları burada keçirmək istəsələr, Belarus tərəfi bütün lazımi tədbirləri görəcək. Rusiya və Ukrayna razılaşıb buraya gəlməyi qərara alsalar, Belarus hər şeyi lazımi səviyyədə təşkil edəcək", - o bildirib.

Nəşr edilib : 22.08.2025 14:51