Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli Qərarına əsasən bu il mayın 27, 28-i Qurban bayramıdır.
Müstəqillik Günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
Bu il Qurban bayramı Müstəqillik Günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günü olacaq.
Eyni zamanda bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir.
Beləliklə, 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.
Digər xəbərlər