NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Məcnun Məmmədov: Naxçıvanda intensiv və superintensiv meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur

...

"Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə əkin, məhsul və toxum subsidiyalarına diferensial yanaşma tətbiq edilmiş, bir sıra subsidiya məbləğləri əhəmiyyətli dərəcədə artırılmışdır. Yeni qaydalara əsasən müəyyən olunmuş texniki və aqrotexniki tələblərə cavab verən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Naxçıvanda salınan bir sıra meyvə bağları üçün ölkədə tətbiq olunan ən yüksək birdəfəlik əkin subsidiyaları sırasında məbləğlər müəyyən edilmişdir".

"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, mühüm yeniliklərdən biri Naxçıvan Muxtar Respublikasında intensiv və superintensiv meyvə bağları üçün də subsidiya ödənişlərinin nəzərdə tutulmasıdır. Məsələn, göstərilən dövrdə salınmış intensiv armud bağları üzrə hər hektara 20 000 manat, intensiv alma bağları üzrə isə hər hektara 21 000 manat birdəfəlik əkin subsidiyası müəyyən edilmişdir. Superintensiv bağlar üçün subsidiya məbləği daha yüksəkdir. Məsələn, superintensiv alma bağları üzrə hər hektara 32 200 AZN subsidiya nəzədə tutulmuşur ki, bu da bütün kateqoriyalar arasında ən yüksək subsidiya məbləğidir.

Nəşr edilib : 22.06.2026 11:48