NAXÇIVAN :

04 Noyabr 2026, Çərşənbə

Media: Qətərli vasitəçilər ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün İrana gediblər

...

Qətərli vasitəçilər ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək məqsədilə İrana səfər ediblər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Qətər nümayəndələri İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək Vaşinqton və Tehran arasında müzakirə olunan saziş layihəsini nəzərdən keçirəcəklər.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında sənədlə bağlı danışıqlar son səkkiz gündür davam edir.

Qeyd edək ki, İran nümayəndə heyəti noyabrın 1-də məsləhətləşmələrdə iştirak etmək üçün olduğu Dohadan ayrılıb. “Reuters”in məlumatına görə, tərəflər saziş layihəsi ilə bağlı rəyləri nəzərdən keçirir və əlavə görüşlər istisna edilmir.

Nəşr edilib : 03.11.2026 00:10