NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb

...

Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə nazirliklərin birgə əməliyyat məlumatında bildirilib.

Qeyd olunub ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonunun Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 əl qumbarası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 05.08.2026 14:23