Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yard...
17:44 25.09.2026
0
0
0
NAXÇIVAN :
25 Sentyabr 2026, Cümə
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan Nyu-Yorkda ölkəsinin BMT yanında Daimi Nümayəndəliyində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar və Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, görüş Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində keçirilib.
Görüş zamanı Birgə Müdafiə Sazişi çərçivəsində Baş Katibliyin, komitələrin və İşçi qruplarının yaradılması istiqamətində görülən işlər, həmçinin onların fəaliyyətə başlaması ilə bağlı hazırlıq məsələləri müzakirə olunub.
Nazirlər Məkkə şəhərinə, eləcə də Səudiyyə Ərəbistanında mülki və iqtisadi obyektlərə qarşı həyata keçirilən hücumları kəskin pisləyiblər. Onlar Ər-Riyadın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq təhlükəsizliyinin müdafiəsi üçün zəruri hesab etdiyi tədbirləri görmək hüququnu vurğulayıblar.
Görüşdə üç ölkənin Baş qərargah rəislərinin təcili toplantısının keçirilməsi ilə bağlı hazırlıq işləri də nəzərdən keçirilib. Bildirilib ki, toplantının məqsədi Məkkə Birgə Müdafiə Sazişinə uyğun olaraq Səudiyyə Ərəbistanına dəstəyin göstərilməsi yollarını müzakirə etməkdir.
Nazirlər regionda mövcud vəziyyətə də toxunaraq, beynəlxalq hüquq prinsiplərinin, mehriban qonşuluq münasibətlərinin, dövlətlərin suverenliyinə qarşılıqlı hörmətin və daxili işlərinə qarışmama prinsipinin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Dəniz nəqliyyatının təhlükəsizliyi və azadlığının təmin edilməsinin əhəmiyyəti də vurğulanıb.
Görüşdə regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərin davam etdirilməsinə, gərginliyin azaldılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsinə və mövcud böhranların sülh yolu ilə həllinə nail olunmasına dair qətiyyət ifadə edilib.
Digər xəbərlər