Mənsum İbrahimov: Naxçıvan tamaşaçısının sevgisi m...
00:12 18.07.2026
0
0
0
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarına əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə müsabiqələrdə iştirak etmək istəyən iddiaçıların müraciətləri elektron qaydada qəbul ediləcək.
"Şərq qapısı" xəbər verir ki, müraciətlər “Elektron Hökumət İnformasiya Sistemi” (EHİS) vasitəsilə həyata keçiriləcək. İddiaçılar sistemdə qeydiyyatdan keçərək elektron kabinet yaradacaq, elektron ərizəni doldurub təsdiq edəcəklər.
Qərara əsasən, müraciətlərə məktəbəqədər təhsil fəaliyyəti üzrə lisenziyanın surəti, hüquqi şəxsin dövlət qeydiyyatı sənədləri, layihələrin həyata keçirilməsi təcrübəsi və digər zəruri sənədlər əlavə olunmalıdır.
Digər xəbərlər