NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Mikayıl Cabbarov: 2021–2025-ci illərdə ölkədə qeyri-neft və qaz sektorunun orta illik artımı 6% təşkil edib

...

Azərbaycanın iqtisadiyyatında şaxələndirmə prioritet olaraq qalır və qeyri-neft sektorunda ciddi artım müşahidə olunur.

"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "Özəl Sektor Forumu"nda bildirib.

"2021–2025-ci illərdə qeyri-neft və qaz iqtisadiyyatının orta illik artımı 6% təşkil edib, bu sektorun ÜDM-də payı isə 58%-dən 71%-ə yüksəlib" - deyə o qeyd edib.

Nəşr edilib : 17.06.2026 10:43