Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yard...
17:44 25.09.2026
0
0
0
Kapital baxımından hədəfimiz tərəfdaşlarımızla riski bölüşməkdir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, Azərbaycan bir sıra tərəfdaş ölkələrlə birgə investisiya fondları təsis edib və çoxtərəfli investisiya platformalarında iştirak edir: “Biz öz iqtisadiyyatımıza investisiya qoymaqdan çəkinmirik. İnanırıq ki, hökumətlər özəl şirkətlərlə birgə investisiya qoyduqda, bu, inam siqnalı verir və bir çox regional layihələrin qarşısını alan riskləri azaldır”.
“Çox aydındır ki, günün sonunda hər şey insanlara, insanların məhsuldarlığına, insan kapitalına və istedada gəlib çıxır. Azərbaycan təxminən iki onillik əvvəl Prezident İlham Əliyev tərəfindən imzalanmış və Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən Azərbaycan gənclərinin xaricdə təhsili üzrə flaqman dövlət proqramı ilə bir yola başlayıb və dünya səviyyəli təhsilə malik minlərlə rəqabətədavamlı azərbaycanlı mütəxəssis klasteri formalaşdırıb”, - deyə Mikayıl Cabbarov əlavə edib.
Digər xəbərlər