NAXÇIVAN :

03 May 2026, Bazar

Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb

...

Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb.
"Şərq qapısı" xəbər verir ki, sərgidə söz azadlığı və informasiya təhlükəsizliyi, söz azadlığı və informasiya hüququ, söz, fikir və mətbuat azadlığının təmin edilməsi haqqında sənədlər toplusu, dünyanın aparıcı ölkələrinin mətbu təcrübəsi, azad və düşüncə azadlığının tarixən necə təşəkkül tapması, virtual aləmdə etik normaların gözlənilməsi və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
3 may – Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü dünyada söz və mətbuat azadlığının əhəmiyyətini vurğulayan xüsusi bir gündür. Bu gün 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunub və onun əsasında 1991-ci ildə Vindhuk şəhərində qəbul edilən Vindhuk Bəyannaməsi dayanır.
Hər il 3 may tarixində dünyanın müxtəlif ölkələrində konfranslar, seminarlar və tədbirlər keçirilir, media azadlığı ilə bağlı hesabatlar təqdim olunur və jurnalistlərin fəaliyyəti qiymətləndirilir. Bu gün, eyni zamanda, söz azadlığının qorunmasının hər bir insan üçün vacib olduğunu xatırladan əhəmiyyətli bir gündür.
Azərbaycanda söz və mətbuat azadlığını tənzimləyən hüquqi baza mövcuddur. Əsas hüquqi sənəd Azərbaycan Respublikasının Konstitusiyasıdır. Konstitusiyaya əsasən hər bir vətəndaşın fikir, söz və məlumat azadlığı təmin olunur, həmçinin senzura qadağan edilir.
Bundan əlavə, bu sahəni tənzimləyən bir sıra “Kütləvi informasiya vasitələri” haqqında, “Media haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlar da mövcuddur.

Nəşr edilib : 03.05.2026 11:08