NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Milli Məclisin yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək

...

Milli Məclisin 2026-cı il yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, parlamentin yaz sessiyası Regional məsələlər komitəsinin iclası ilə başlayacaq.

Komitə iclasının gündəliyinə 2025-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.

Xatırladaq ki, Milli Məclisin deputatlarının tətil müddəti yanvarın 15-də başa çatacaq.

Parlamentin Daxili Nizamnaməsinə əsasən yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Bu il fevralın 1-i bazar gününə təsadüf etdiyindən parlamentin yaz sessiyası ayın 2-dən başlayacaq.

Nəşr edilib : 12.01.2026 10:31